Avtomobil xüsusi zövqlə M2 görünüşünə yığılıb. Tam M2 style body kit quraşdırılıb, üzərində HRE disklər var. Standart 230i-lərdən görünüş olaraq ciddi fərqlənir və canlıda daha aqressiv görünür.
Avtomobilə M2 qazanı quraşdırılıb, bu da həm arxa görünüşü tamamlayır, həm də daha sport səs verir.
Maşın səliqəli və baxımlıdır. 2.0 TwinPower Turbo mühərrik həm dinamik sürüş, həm də gündəlik istifadə üçün çox uğurlu seçimdir. M Sport sükan və əyləc sistemi mövcuddur.
M2 body kit tam qanuniləşdirilib, texniki pasportda “M” qeyd olunub. Bütün dəyişikliklər sənədlidir və avtomobil tam legal şəkildə idarə olunur.
M2 görünüşü + 230i-nin daha münasib yanacaq və servis xərcləri.
Avtomobilə əlavə olaraq kifayət qədər xərc çəkilib. Görünüş üçün ucuz detallardan istifadə edilməyib. HRE wheels, M2 body kit və M2 qazanı avtomobilə xüsusi görünüş və xarakter verir.
Real alıcı avtomobilə baxdıqdan sonra qiymətdə razılaşmaq olar. Barter yalnız maraqlı avtomobillə nəzərdən keçirilə bilər.