Tesla Model Y Long Range Dual Motor AWD — 2023/10
Avtomobil Amerikadan bezkraska gəlib, heç bir detalında rəng yoxdur. Hazırda heç bir zədəsi və texniki problemi yoxdur. Çox səliqəli, əla vəziyyətdədir.
Yürüş: 64 000 km
Ötürücü: Dual Motor AWD – tam ötürücü
Disklər: 20” orijinal Tesla diskləri
Salon: Ağ Premium salon
Batareya: Long Range
Yürüş ehtiyatı: zavod göstəricisi 531 km-ə qədər (EPA)
0–100 km/s: təxminən 4.5 saniyə
Avtomobil zəngin komplektasiyadadır: HW4 (Full Self-Driving Computer 4), Autopilot, adaptiv kruiz-kontrol, avtomatik sükan, panoramik şüşə tavan, elektrik və yaddaşlı oturacaqlar, oturacaq isitmələri, elektrik baqaj, kameralar, naviqasiya, Premium Connectivity və Tesla tətbiqi ilə avtomobilin uzaqdan idarə olunması.
Ağ Premium salon çox səliqəli vəziyyətdədir. Avtomobil həm vizual, həm də texniki baxımdan əla vəziyyətdədir.
Soyutma sisteminə qulluq olunub, antifriz yenisi ilə dəyişdirilib.
Amerikadan gələn Tesla-ların əksəriyyətindən fərqli olaraq avtomobil bezkraskadır. Almaq istəyən şəxs gəlib yerində istənilən ustada və cihazla yoxlada bilər.
Barter hündür maşınla. Əsasən Pajero və Prado ilə.