Sağlam maşın axtaranlar buyursun. Avtomobili 2 il öncə Koreyadan özüm üçün gətirmişəm. Yallnız Bakıda iş-ev marşrutu ilə sürmüşəm. Bilən bilir bunlar necə maşındırsa. Ömür boyu yolda qoymaz. Təcili pul lazımdır. Ona görə satıram. Yoxsa belə ucuz satmazdım.
Maşında vuruqdan, udardan söhbət gedə bilməz — bütün zavod plombları üstündədir. Yürüşü tam orijinaldır (220102 km). Motor və karobkası saat kimi işləyir, sürüş zamanı heç bir boğulma və ya ləngimə hiss olunmur. Salonu yeni maşından seçilmir: oturacaqlarda, abifkalarda cırıq-cızıq yoxdur, pataloku tərtəmizdir.
Bütün rasxodnikləri vaxtında qarşılanıb — cəmi 1 ay əvvəl 4 təzə təkər alınıb, 2 həftə əvvəl isə nakladkalar dəyişdirilib. Bir sözlə, otur-sür vəziyyətdədir. Maşını istədiyiniz yerdə yoxlatdıra bilərsiz. Real alıcı ilə maşının yanında qiymətdə razılaşmaq olar.
Saytı gəzib baxın. 2012-2013 Grandeurlarını heç bu qiymətə qoymurlar.
Alverçilər və qeyri-ciddi şəxslər qəti narahat etməsin! Telefonda qiymət danışmayaq.