2013-cü il buraxılışı 2014 cü il alış olan avtomobil 163 000 km orijinal yürüşdədir. Mühərrik və sürətlər qutusu əla vəziyyətdədir, heç bir problemi yoxdur. Vuruğu, udarı yoxdur. Amortizatorlar Mercedes-Benz amortizatorları ilə yığılıb. Dəri salon, oturacaqların isidilməsi və yüksək komfort təmin edən digər funksiyalar mövcuddur. Avtomobil daim qaraj şəraitində saxlanılıb, çox az sürülüb və gündəlik istifadə olunmayıb. Həm texniki, həm də kosmetik baxımdan səliqəli saxlanılıb. Real alıcıya avtomobilə baxış zamanı hər bir detal ətraflı göstəriləcək. Ciddi alıcılar əlaqə saxlaya bilər. Qiymətində avtomobilə baxıldıqdan sonra cüzi endirim mümkündür.