Avtomobil hazırda yaxşı vəziyyətdədir. Hər gün işə və evə gedib-gəlmək üçün istifadə olunur. Zavoddan sport komplektasiyalıdır, həmçinin zavod xor-xor mövcuddur.
Zolaq tanıma, kor zona xəbərdarlığı, avtomatik əyləcləmə və digər təhlükəsizlik funksiyalarının hamısı mövcuddur və işlək vəziyyətdədir.
Avtomobildə 3 fərqli sürüş rejimi var:
Smart – sürücünün idarəetmə tərzinə uyğun olaraq rejimi avtomatik tənzimləyir.
Sport – daha dinamik sürüş üçün.
Normal – gündəlik istifadə üçün.
Digər Elantralardan fərqli olaraq, ön faraları 8 lupalıdır və adaptiv funksiyaya malikdir.
Baxımlı avtomobildir, salonu səliqəli və tərtəmiz saxlanılıb. Bəzi kosmetik işləri var, lakin hazırkı vəziyyətdə də rahatlıqla istifadə etmək mümkündür.
Dosta, qardaşa qismət olacaq avtomobildir. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür. Qiymətdə endirim olacaq.