Avtomobil rəsmi dilerdən alınıb, ilk sahibiyəm. Alındığı gündən etibarən xüsusi qulluqla saxlanılıb, qaraj şəraitində qorunub. Avtomobilin heç bir detalında udar, sürtük, cızıq və ya nöqtəvi boya işi yoxdur. Bütün detallar zavod boyasındadır, avtomobil tam orijinal vəziyyətdədir.
Maşın öz şəxsi istifadəm üçün alınıb və hər zaman səliqəli saxlanılıb. Vəziyyətinə uyğun, baxımlı və problemsiz avtomobil axtaran şəxslər üçün əla seçimdir. Real alıcıya avtomobilin vəziyyəti ilə bağlı ətraflı məlumat veriləcək.
Vasitəçilər narahat etməsin.