Avtomobilin modeli KIA SORENTO EX-dir. Şəxsi istifadəmizdə olub, ailə maşını kimi çox səliqəli idarə edilib. 2024-cü il buraxılışdır, 2.5 benzin mühərrik və tam ötürücülüdür. Hazırda heç bir texniki və ya kosmetik xərc tələb etmir.
Komplektasiyası ən zəngin versiyalardandır: dəri salon, panoramik lyuk, oturacaqların isidilməsi və soyudulması, böyük monitor, arxa/görüntü kamerası, kor zona xəbərdarlıq sistemi, start-stop və açarsız daxilolma mövcuddur.
Yalnız arxadan vuruğu olub, baqaj qapısı və bufer dəyişib. Motor, sürətlər qutusu və xodovoyu ideal vəziyyətdədir. Təxminən 1 ay öncə yağı və filtrləri yenilənib. Texniki baxış və icbari sığortası var, sənədlər tam qaydasındadır, birbaşa ada aformut olunur.
İstənilən servisdə yoxlatdıra bilərsiniz. Qiymət 74 000 AZN. Real alıcıya maşının yanında cüzi endirim olunacaq.