Həm xarici görünüşü, həm də salonu çox səliqəli və baxımlıdır. Kuzovunda göz oxşayan görünüşü var, salonu təmiz və komfortludur.
Mühərrik səssiz və stabil işləyir. Sürətlər qutusu ideal vəziyyətdədir, keçidlərdə heç bir problem yoxdur. Sükan sistemi, asqı və digər mexaniki hissələri qaydasındadır.
Avtomobilə daim diqqətlə qulluq olunub. Sürüşü olduqca rahat və zövqlüdür. Həm texniki, həm də vizual olaraq öz yaşına görə çox yaxşı vəziyyətdədir.
Maşının bütün routine qulluqlarını yüksək keyfiyyətli bir formada etmişəm. Karopka yağına filterinə 500 azn vermişəm, karopka 2026-nın maşını kimi ideal dəyişir, zərrə vurma gecikmə yoxdu, keçidlər hiss olunmur. Mator saat kimi işləyir, bilən bilir m112 dözümlülüyünə görə əsl əfsanədədir. Apornu nakladkalar, peredok, antifiriz, gidrousilitel yağı və s hamısı 3 min km əvvəl yenilənib. Zər qədrini zərgər bilər misalı, bu maşını da çox istərəm ki qədrini bilim sevə sevə sürən əfəndi bir insana qismət olsun. Alan adam bilsin ki uzun müddət sürəcək heçbir xərcsiz.