G63 AMG – 2013 restaylinq
Avtomobil ideal vəziyyətdədir. Real alıcıya yerində baxışdan sonra qiymətdə razılaşma olacaq.
Nömrə ilə bağlı vacib qeyd:
Avtomobilin dövlət qeydiyyat nişanı dəyişdiriləcək. Hazırkı nömrə satışa daxil deyil. Nömrə ilə maraqlanmayın və bu barədə zəng etməyin.
Avtomobil 4 ilə yaxındır şəxsi istifadəmidədir və öz adımdadır. Texpasportda buraxılış ili 2013-dür.
Ümumi vəziyyəti və üstünlükləri:
- Orijinal zavod rəngidir, vinil və ya sonradan rənglənmiş avtomobil deyil.
- Zavod detalları qorunub saxlanılıb.
- Vuruq, udar qətiyyən olmayıb.
- Yalnız 1-2 xırda hissədə kosmetik rənglənmə var, digər hissələr bezkraskadır.
- Salon zavod istehsalı orijinal karbon elementlərlə təchiz olunub.
- 100% orijinal yürüş.
- Bütün texniki baxımları vaxtında həyata keçirilib.
- Dəyişdirilən hissələr yalnız orijinal ehtiyat hissələri ilə yenilənib.
- Rəsmi Mercedes-Benz servisində xidmət olunub, servis tarixçəsi mövcuddur.
Texniki vəziyyəti:
- Mühərrik yağ yemir, tam saz vəziyyətdədir.
- Sürətlər qutusunda vurma, gecikmə və ya hər hansı problem yoxdur.
- Razdatka və mostlar tam qaydasındadır.
- Bütün elektron sistemlər və salon funksiyaları işləkdir.
- Heç bir texniki problemi yoxdur.
- Avtomobil əlavə xərc tələb etmir.
İstifadə və saxlanma şəraiti:
Avtomobil daim 8-ci mikrorayonda qapalı, jalüzlü qarajda saxlanılıb. İkinci-üçüncü avtomobil kimi istifadə olunub, gündəlik intensiv sürülməyib.
Özünə ideal vəziyyətdə, baxımlı və tarixçəsi məlum olan G-Class axtaran şəxslər gəlib avtomobilə baxa bilərlər.
Real alıcı ilə avtomobilə baxışdan sonra qiymətdə razılıq mümkündür.
Əlavə suallarınız üçün zəng edə və ya WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz.