Maşının heç biri problemı yoxdur, otur sür. Maşın rəsmi dilerdən alınıb, alındığı gündən yalnız rəsmi servisdə quluq olunub. Servis kitabçası var.
Laurent & Klement full komplektasiyadır. Adaptiv matrix faralar – qarşıdan gələn avtomobilləri avtomatik kəsir, panorama lyuk, Canton səs sistemi + subwoofer, ön oturacaqların soyuducu, bütün oturacaqların qızdırılması, yaddaşlı və elektrik oturacaqlar, qızdırılan sükan, kamera, ön-arxa parktronik, ölü zona sistemi, keyless go, ayaq sensorlu elektrik baqaj, CarPlay/ Android Auto var.
2 açarı var. Hər 7500km servisdə yağ dəyişmişəm. Maşında əlavə xərc tələb edən bir şey yoxdur. Şəhər 9-10L, trasda 6-7L yandırır. Yalnız 95 benzinlə istifadə olunub. Pul lazım olduğu üçün satılır. Boş boş adamlar narahat etməsin. Real alıcıya maşının yanında cüzi endirim olacaq. Maşını istənilən servisdə yoxlatdırmaq olar.