BMW E28 520i – Restavrasiya layihəsi
Avtomobili bir neçə il əvvəl klassik BMW restavrasiya layihəsi üçün almışam. Lakin xaricə köçdüyüm üçün layihəni həyata keçirməyə imkanım olmayıb.
Avtomobil uzun müddətdir istifadə olunmur, hazırda işə düşmür və tam restavrasiyaya ehtiyacı var. Kuzov, mühərrik və salon şəkillərdə göründüyü vəziyyətdədir.
Sənədləri tam qaydasındadır.
BMW E28 həvəskarları və klassik avtomobil restavrasiyası ilə məşğul olanlar üçün maraqlı layihədir. Avtomobil Ağstafa şəhərində yerləşir.