Kia Sportage 2020 | 1.6 Dizel | Polnu Full | Bez Kraska
Avtomobil tam səliqəli və baxımlı vəziyyətdədir. 2020-ci il buraxılışıdır, 1.6 dizel mühərrikdir. Kuzada rənglənən detal yoxdur, tam zavod boyasındadır. Yürüşü orijinaldır.
Komplektasiya və əlavə avadanlıqlar:
- Polnu Full komplektasiya (yalnız lyuk yoxdur)
- Oturacaqların qızdırılması və soyudulması
- Sükanın qızdırılması
- Ön və arxa video registrator
- Zolağa nəzarət sistemi
- Avtomatik təcili tormozlanma sistemi
- Geniş və komfortlu salon
Görülən işlər:
- Mühərrik yağı dəyişdirilib
- Feredo və çaşka dəyişdirilib
- Təkərləri normal vəziyyətdədir
Avtomobil 3-cü maşın kimi istifadə olunur. Satışda tələsmirəm. Maşına səliqəli qulluq olunub, təmiz və baxımlıdır.
Özünə problemsiz, orijinal və baxımlı avtomobil axtaran şəxslər əlaqə saxlaya bilər. Gəlib avtomobilə baxa və istədikləri servisdə yoxlatdıra bilərlər.
Real alıcılar əlaqə saxlasın.