Salam. Avtomobil Toyota Prado, 2009-cu il buraxılışıdır, 2010-cu ildə alınıb. Maşının vəziyyəti çox yaxşıdır, həm texniki, həm də vizual olaraq səliqəli saxlanılıb. Vuruq, udar və ciddi qəza tarixçəsi barədə söhbət gedə bilməz.
Avtomobilə daim vaxtında qulluq olunub, bütün lazımi texniki baxış və servis işləri həyata keçirilib. Hazırda bütün rasxodnikləri yenilənib və əlavə xərc tələb etmir. Mühərrik, sürətlər qutusu və digər əsas hissələri əla vəziyyətdədir.
Maşın öz şəxsi istifadəmizdə olub və səliqəli istifadə edilib. Real alıcıya avtomobilə baxış zamanı bütün detalları ətraflı göstəriləcək. Maraqlanan şəxslər əlaqə saxlaya bilərlər. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.