Changan UNI-T 2024 | 1.5 Turbo Premium | II nəsil (Böyük ekran)
Qiymət: 32 900 AZN
Yürüş: 25 000 km
Mühərrik: 1.5 Turbo – 188 at gücü
Avtomobil səliqəli və baxımlı vəziyyətdədir. Vuruğu yoxdur, heç bir detalına boya vurulmayıb. Bu günə qədər heç bir texniki problemi olmayıb. Mühərrik, sürətlər qutusu və bütün elektron sistemləri problemsiz işləyir.
Avtomobilə mütəmadi olaraq servisdə qulluq olunub, yağ dəyişimi yüksək keyfiyyətli yağla həyata keçirilib. İkinci sahibiyəm. Avtomobil ilk sahibi tərəfindən zəmanətdən çıxarılıb.
II nəsil, böyük ekranlı, yenilənmiş salon dizaynına malik Premium versiyadır.
Komplektasiya və üstünlükləri:
* 12,8 düymlük böyük multimedia ekranı
* 12,3 düymlük rəqəmsal cihazlar paneli
* Panoramik şüşə tavan
* 360° görüntü kamerası
* Elektron tənzimlənən sürücü oturacağı
* Açarsız giriş və işəsalma sistemi
* Müasir təhlükəsizlik və sürücüyə dəstək sistemləri
* Sport və komfortlu salon dizaynı
Avtomobilin sadəcə sağ arxa qapısında sürtünmə izi var. Həmin hissəyə müdaxilə edilməyib, rənglənməyib və olduğu kimi saxlanılıb. Yalnız həmin hissənin təmir xərci satış qiymətindən çıxılacaq. Bundan başqa avtomobilin heç bir problemi yoxdur.
İstədiyiniz servisdə və ya ustada yoxlatdıra bilərsiniz.
Qiymət sondur. Alverçilər və qeyri-ciddi şəxslər narahat etməsinlər.