Avtonun sahibi özüməm. 2 il çox rahat sürmüşəm. Gürcüstana, Türkiyəyə gedib gəlmişəm onunla. Yolda sınanmış maşındır. Yolda qalmaq söhbəti olmayıb. Çox razıyam avtodan.
Qayda qanunu sevdiyim üçün bütün filtr və yağlar vaxtlı-vaxtında dəyişilmişdir. Əsasən Yapon yağı Mitasu və bahalı Castrol yağı tökürəm.
-Kondisioner
-peç
-DVD manitor
-qatlanan güzgülər
-yeni salon çexolu
-osram naytbreyk lampalar
-razdatka (4x4)
Matorda və karobkada heç bir problem yoxdur, at kimi işləyir. Peredoka çoxdandır baxdırmamışam. Yüngül xərcləri olacaq, onları da ustanın yanında qiymətdən çıxacam. Maşın təzə parlyofka (polirovka) olunub.
Rulavoy kalonkanı keçən il original təzədən yığdırmışam. Razdatka problemsiz işləyir.
Əsas xahişim odur ki, bez kraska, cızıqsız, salafan 2016 Porsche Cayenne axtaran oqlanlar gəlib aşibka tutub qiymət öldürmək üçün narahat etməsinlər.
Ekonomik, dözümlü və avtomat karobka Niva sürmək istəyən oğlanlar bez problem zəng eləsinlər.
1.8 mator io ilə səhv salmayın, bu başqa temadır.
Günün liboy (hər bir) vaxtı zəng edə bilərsiniz. Götürə bilməsəm demək ruldayam, özüm zəng edəcəyəm sonra.