Avtomobil 0-dan ailəmiz tərəfindən Kia motorsdan alınıb və Kia motorsun rəsmi servisində baxdırılıb. Servis kitabçası var.Hal hazirda avtomobil ə'la vəziyyətdədir və texniki cəhətdən heç bir xərc tələb etmir, yəni motor, avtomatik sürət qutusu və hərəkət hissəsində heç bir problem yoxdur. İstəyə görə eksteryeri tam ideal vəziyyətə çatdırmaq üçün azacıq kosmetik işlər gördürmək olar.Avtomobilə cuzi cızıq və batıqlara görə iki yerdə boya vurulub, lakin avtomobil heç zaman qəzaya və ya zərbəyə məruz qalmayıb və daima qənaətlə istismar olunub. Avtomobilin yürüşü də buna sübutdur. 2-ci, 3-cü hətta 4-cü avto kimi istifadə olunub kimi məsəlləri yazmaqda bir məntiq görmürəm. Sadəcə avtomobil şəhər daxili və az istismar olunub. Yerləşdirilən şəkillərə baxıb bütün suallarınıza cavab tapa bilərsiz. Avtoya baxmaq Əhmədli metrosunun yaxınlığında mümkündür. Əlavə hər hansı bir məlumat almaq üçün buyurub əlaqə saxlaya bilərsiz, saat 10:00-dan 22:00-dək. 1000-2000-3000₼ endirim axtaran şəxslərdən artıq dərəcədə xahiş edirəm, hədərə zaman sərf etməsinlər. Avtomobil TƏCİLİ SATILMIR. Real alıcı ilə avtomobilin kapotunun yanında qiymət danışılacaq və müəyyən qədər endirim olunacaq.
Barter Hyundai Santa fe 2012-ci ildən yuxarı və yalnız 7 yerlik (full) salon və Hyundai Grand Santa fe modelləri ilə mümkündür.
21.12.2017-ci il tarixində Kia motors-un rəsmi servisində mühərrik yağı və filtri dəyişdirilib, texniki baxış keçirilib və heç bir çatışmazlıq aşkar olunmayıb.