Avtomobilin mühərriki PERFORMANCE CENTER-də kapital təmirdə olub. Əlavə olaraq mühərrikin bütün patrubkaları , radiatoru oriqinalı ilə dəyişilib. Mühərrik bir qram yağ yemir. Karobkasını bütövlüklə dəyişmişəm. Amartizatorların dördü də poduşkaları ilə birgə dəyişilib(arxalar oriqinal , qabaqlar podoriqinal tapılmadığına görə) Avtomobilin mexanikası və elektronikası çox saz vəziyyətdədir. Təzəlikcə dinamo və starter cari təmirdə olub. İç remen də rəsmi servisdə dəyişilib və 50000 km zəmanət kağızı var. Nömrə üstündə qalır.