Maşın 2013 ildə Almaniyadan Azərbaycana gətirilib. 2013-dən 2017-dək demək olar ki sürülməyib (3-5 min km.). 2017-ci ildən bu günə kimi 10000 km-ə yaxın sürülüb. Vuruğu, çürüyü yoxdur. Motor yağı tamamilə azaldmır. Korobkada, motorda, mostda problem yoxdur və olada bilməz. Çünki M43B19 BMW-nin ən problemsiz motorlarından biridir (4 silindr). Qısa most qoyulub (sürəti 2.0 avtomatdan yaxşı yığır, 0-100 km/s 9 s.). Qabaq pruzhinlar H&R. Disklər KESKİN KT5 R18 (Bakıda mən gördüyümə görə 2 ədəddir). Təkərkəri Conti Sport Contact 225 qabağ, 235 arxalar, normal vəziyyətdədirlər. Salon səliqəlidir (ximçistka olunsa yaxşı olar). AUX qoşulub. Arxa stoplar originaldır. Şəhərdə 10-11 litr yanacaq işlədir. 2 gün əvvəl motorda olan bütün hava çəkmə aradan qaldırılıb, şlanqlar dəyişilib, şamlar yenilənib, radiator 2-3 ay qabağ dəyişilib (original BEHR), diqnostika heç bir problem göstərmir. Təcili satılmır. Qiymət maşının problemsizliyi, boya işlərinin az olması, yürüşün original olması və vəziyyətini nəzərə alaraq qoyulub. Yağ yeyən, gündə bir yeri qırılan BMW-lərdən deil. Maşına baxmaq istəyən Caspian Plazanın yanına yaxınlaşsın.