Avtomobil öz adımdadır. Bütün detalları zavoddur. Yaxın vaxtlarda iç və çöl remenləri, roliklərini, termostatı yenisi ilə əvəz etmişəm. Motorun nömrəsini texpasportda sildirmişəm. Lyuk işləyir.
Motorda kiçik problem var, vkladış dəyişməlidir. 5 min km-da 600-700 qram yağ yeyir. Ön təkərlər yaxşıdır, arxa təkərlər isə o qədər də yaxşı deyil. Gündəlik sürülən normal maşınıdır. Əhmədli qəsəbəsində maşına baxa bilərsiniz. Qiymət maşının yanında müzakirə edilir. Az miqdarda endirim olacaq. 22:00-a qədər zəng vura bilərsiniz.