Salam, maşın ikinci əldir, salondan alınıb,perevaznoy deyil. 149 min original probegdir.vuruğu, udarı əziyi yoxdur, yüngülvari kosmetika işləri görülüb. Motor, xodovoy, peredokda heç bir problem yoxdur, təzə yığılıb. Yağ yemir, qaraltmır. Vaxtlı vaxtında dopuska uyğun 5 30 liquyi moly və ya meguin tökülüb.Heç bir xərc tələb etmir. 120 min km-də yağ nasosu dəyişirilib( Hyundai Şərq motorsdan 1 100 AZN-ə originalı alınıb). 122 mində 1 300 AZN-ə lpg ekogaz atiker 64 litrlik smit çənlə quraşdırılıb, 80 min km zəmanəti var. Qaz avadanlığı texpassporta da yazdırılıb. Sifarişlə Android 9 monitor+ gps +tv box quraşdırılıb, 600 AZN-ə başa gəlib, halbu ki, Bakıda tək android 3 monitoru 450 AZN-ə quraşdırırlar. 130 mində karobkanın yağı dəyişilib. Kondensioneri işləyir, qazı və filtri axırıncı yay zapravka olunub. Son bir ildə üstünə 5 000 AZN-ə yaxın pul qoyulub. Qiymətə nömrə də - 99 SP 399 də daxildir.