Əssəlamu Aleykum.Bu qazel 3 ildiki məndədi hələ bir ziyanlığın görməmişəm əksinə xeyir verib mənə Çörəkli maşındı.Qabaqkı kimi iş olmadığına görə satıram.Mən alanda üstündə nissan matoru idi tez tez feredo diskini qırırdı deyə çıxardım,sadə ford mator karopkası qoydum amma ford matoru texpasporta qeyd etdirməmişəm çünki satmaq fikrim olmayıb özüm sürürdüm deyə eytiyac yox idi.Texpasporta qeyd etdirməyin xərcidə qiymətdən çıxılacaq.Bu maşınla mebel cehizlik və ev veşləri daşınıb ağır yük görməyib,bakıyada gedib gəldiyim üçün maşını bakı qeydiyatında olması üçün xalam oğlunun adına keçirmişəm,özüm sürmək üçün davernusla sürürəm.Kim alacaqsa ona generalni davernus alıb verəcəm.Maşının heç bir prablemi yoxdur bircə akumyatoru zəyifdi onuda qiymətdən çıxaram,kim istəsə maşına imişlidə gəlib baxa bilər.Ramada çat qırıq yoxdu,resorları yaxşıdı,təkərləri normaldı,diskiləri yevrodu,rul gidravlikdi.Kuzanın uzunluğu təmiz 4 metr,eni 1.90 sm,hündürlüyü 1.80 sm di.Allah alanında satanında bol bol xeyrin versin.