2013 cü ildə KİA rəsmi dilerdən almışam, təzəliyindən özümdə olub. Servisdə qulluq olunub, servis kitabçası və servisdə tarixçəsi var. Ən full variantdır. Zavod istehsalı 19luq disklər, ksenon qabaq faralar, led arxa stoplar, adaptiv duman faraları (dönmə zamanı dönmə sahəsini işıqlandırır), fara yuyucuları, qabaq və arxa parktroniklər, arxa görüntü kamerasi, 7 yerlik, dəri salon, oturacaqların qızdırıcısı və ventilyasiyası, uşaq tanıma sistemi (avtomobil hərəkətə başlayanda qapılar avtomatik bağlanır və dayanmayınca açılmır) avtomat sürücü və sərnişin oturacaqları, 2 zonalı klimat kondisioner, panorama dam, daxili yaddaşı olan, cd, mp3, aux, usb, bluetuth dəstəkləyən audio sistem, 3 ədəd 12 voltluq cərəyan mənbəyi, arxa qapılarda zovod istehsalı yan pərdələr, rəqəmsal pribor, bort komputer, işıq sensoru, 8 ədəd təhlükəsizlik yastığı. Maşın ideal vəziyyətdədir. sürətlər qutusunun yağı-filteri, antifriz, əyləc mayesi, benzin filteri, əyləc qəlibləri, təkərləri və akkumlyatoru təzə dəyişilib. nömrəyə zəng çatmasa whatsappa yazın. Xahiş edirəm qeyri ciddi insanlar narahat etməsin. Alverçi deyiləm şəxsi avtomobilimdir.