Avtomobil Bakıda rəsmi dilerdən alınmış,biznes klass sinfinə aiddir.Öz ilinə görə tam təchizatlıdır.Ön faralar biksenon,oturacaqların və güzgülərin avto qatlanması və isidilməsi,cruise control,hər iki tərəfdən avtomatik açılıb bağlanan qapılar,zavod istehsalı olan pərdələr(pultla qapıları uzaqdan açıb -bağlamaq və yan şüşələri endirib qaldırmaq olur).Ön,arxa radar və arxa görüntü kamerası var. Salonda bütün oturacaqlar asanlıqla irəli və geri hərəkət edir.İkinci sıra oturacaqları 360 dərəcə fırlatmaq olur,uşaq oturacağı da var.Lazım olsa oturacaqları asanlıqla çıxarmaq mümkündür,Salonda açılıb bağlanan masa mövcuddur.Avtomobil "4motion", yəni dörd çəkəndir.Adi halda ön təkərlər çəkir.gücə düşdükdə avtomatik təkərlərin dordü də qoşulur.Yanacaq sərfiyyatı şəhər içi 14,avtomaqistralda 8.5 litrdir. Mühərrik,sürətlər qutusu əla vəziyyətdədir.Yürüş orjinaldır(63500km).Avtomobilin texniki göstəriciləri şəkildə göstərilmişdir.Digər suallar üçün maraqlanan şəxs zəng edə bilər.