Xahiş edirəm, yazılanları diqqətlə oxuyub sonra zəng edəsiniz!
Koreyadan gəlmə! Full komplektasiya! 2.4 GDİ mühərrik (201 at gücü)!
Avtomobilə yalnız “Hyundai” və “Okean” servislərdə qulluq olunub. 4000 manatdan çox pul xərclənərək zəruri ehtiyat hissələri yenilənib. Servis tarixçələri mövcuddur.
Təkərləri təzədir. Çox rahat, dözümlü və sağlam avtomobildir. Oturacaqlara bahalı nabuk üzlük çəkilib. Lyuk yoxdur. DİMENSİON səs sistemi və Bluetooth mövcuddur. Yalnız PREMİUM benzindən istifadə edilib. Qaraj şəraitində saxlanılır. Vurulmayıb. Mənim bildiyimə görə təkcə arxa sağ qapı cızıqlara görə boyanıb, başqa rəng dəyən yeri yoxdu.
Avtomobili ancaq rəsmi servislərdə yoxlatdırmaq mümkündür.
Hazırda heç bir problemi yoxdur və xərc tələb etmir! Amma nəzərə almaq lazımdır ki, 10 ilin maşınıdır.
Maşın “Okean” Avtosalonda hazır lizinqdədi. Gecikməsi yoxdur, ödəniş hər ayın 5-dir. İlkin 6500 manat, 28 ay 973 manat ödəmək şərtilə kreditə almaq olar. Alan adamın adına rəsmləşdirmə xərci 500 manatdır (Özüm ilkin 5500 manat olmaqla 8 ay ödəniş etmişəm).
Nağd satış qiyməti 26000 manatdır!