Çin istehsalçısından belə bir keyfiyyəti heç vaxt gözləməzdim - sürpriz oldu. Avtomobil alınanda ancaq bu model var idi. Əfsuslar olsun ki diler adamı yoldan çıxarır: Okavango almaq istəyirəm. Satış səbəbi də məhz budur. Bu markanın yığım keyfiyyətinə, ümumi konstruksiya keyfiyyətinə, funksiyalarının problemsiz işləməyinə heç bir söz belə ola bilməz!
Bu avtomobildə bütün mexaniki sistemlər tam olaraq Volvo XC40 ilə eynidir və bu 60000 km sürülmüş yollarda sübut olundu. Bu maşın üçün 60000 heç nədir, məncə qabaq askı tam 150000-i dəyişmədən görər. Xüsusi sifarişlə bahalı disklər qoyulub, təkərlər cəmi 15000 sürülüb. Ən ful variantdır, salonda yoxdur, olanda 39500dir. Qiymət sondur. Satılar yaxşı, satılmaz da yaxşı. Alış 06.01.2021.