Orijinal(!) yürüş. Davamlı amma çox az sürülüb. Təzə maşın kimidir. Sürətlər qutusunun yağı yeni dəyişib (dövri üsulla). Qalan da nə deyək, hər şey çiçək kimi. Bufer də daxil heç bir yerinə əlavə boya dəyməyib.
Sərfiyyat şəhərdə 10 litr, trasda 5.5-6 litr.
Ehtiyat hissəsi problemi yoxdur.
XV-nin əsas özəlliyi odur ki, həm nisbətən yığcam ekonom şəhər maşını, həm 3 uşağa qədər ailə maşını, həm dağda dərədə sürmək (offroading) maşını istəyən üçün ən ideal simmetrik 4 təkər çəkən modeldir. Yağış, qar, palçıq, buz, qum... heç bir hava şəraiti bu maşın üçün fərq eləmir. Dağda ancaq Nivanın qalxdığı yerlərə qalxır.
Bu qiymətə elanlarda funksional olaraq bu modelə alternativ variant tapmaq mümkün deyil.
12ci Subarumdur. Nisbətən ucuz əla vəziyyətdə Subaru olsa barter düşünmək olar.
Qiymət prinsipial olaraq SONDUR! Kifayət qədər münasib qiymətdir. 10 manat da olsa aşağı yeri yoxdur, aşağı söhbəti eləmək istəyən əlaqə saxlamasın. Zəngə cavab verilməsə vatsapa yaza bilərsiz.