Avtomobil iyun ayında Bakıya gəlib. vin 2012-dir, texpasport 2011. Amerikadan kapotun yüngül zədəsi ilə gəlib. kapot öz rəng kodu ilə olan vuruğsuz kapotla əvəz olunub. Əlavə olaraq heç bir udarı, vuruğu yoxdur. Mator, karopka, elektronika, batareyalar tam saz vəziyyətdədir. Tam elektriklə şəhər içi sürüş tərzindən asılı olaraq 50-60-70km məsafə qət etmək mümkündür. Peç, kondisioner, ümumilikdə bütün funksiyaları tam işlək vəziyyətdədir. İstədiyiniz servisdə, ustada yoxlada bilərsiz. Maşına başımla cavabdehəm. İşə evə sürülmüş maşındır. Maşın alınannan benzinnən istifadə edilməyib ancaq elektriklə sürülüb bakıda sürmək üçün çox sərfəlidir. Benzin mühərriklə də şəhər içi 5.5-6 litr benzin sərfiyyatı var. tam komplektasiyalı eva ayaqaltılar qoyulub. Otur sür maşındır. Satmağa tələsmirəm. Boş-boş insanlar narahat etməsin. Barter hundai, kia dizel mühərriki ilə mümkündür.