BMW e36 M50 2.0 motor:
Texpasportda motor beznomer, birka silinib;
Maşın sıfırdan yığılıb, rənglənib (standoxla);
Motor sıfırdan yığılıb, 5w40 bahalı yağ tökülür, 5 mindən bir dəyişilir, azalma, buxarlanma, hardansa yağ buraxma söhbəti yoxdur, arxa-qabaq salniklərinə qədər bmw group qoyulub;
Bütün su sistemi, radiator, patrubkalar, peçin krantı, 3 qulağa qeder yenilənib, bmw group antifriz tökülüb, azaltma, axıtma, hava yığma kimi problemlər yoxdur;
Peç və kondinsioner sistemi yenilənib, kondinsioner buz kimi vurur, qaz azalma ve s. problemi yoxdur;
Peredok sıfırdan yığılıb, yeni amartizatorlar, apornlar (bosch firması ilə), nakladkalara kimi herşey yenilenib;
E46 rulovoyu qoyulub, rul yup-yumuşaqdır;
Salon sıfırdan bahalı dəri ilə yığılıb, en xırda detala kimi yenilenib, samorezsiz abivkalar, bahalı evo ayaqaltılar qoyulub;
Disklər original brock b2 alman diskləridir, qabaq 8j, arxa 9j;
M qabaq bufer, M padnojkalar, M kantlar qoyulub;
Maşının podkrilnikləri hətta kənatındakı rezinlərə qədər, hemçinin baqaj, şüşə rezinlərinə qədər, baqajdakı kapron detallarına qədər təmiz və idealını tapıb qoymuşam;
Arxa səsboğucu remus qoyulub; möhtəşəm səsi var maşını tanıyanlar bilir;
Ümumilikdə maşına 10 mindən yuxarı xərc qoyulub yeni aldığım bəzi detalların da çeklərini saxlamışam. Maşında olan tək problem karobkanın jatko olmasıdır. Yəni 1-dən 2-yə keçəndə vurma olur soyuq halda. Artıq 7 ildir ki elə sürürəm heç bir problem yaratmır. Bir iki çox xırda şeylər var ki onu da maşına baxanda göstərəcəm. Qiyməti münasib qoymağa çalışmışam ki maşın satılsın. Amma yenə də cüzi endirim edəcəm. Allah alana da, satana da xeyr versin!