Salam. İlinə görə ideal maşın axtarırsa, buyurun. Əsl yol yoldaşıdır benzin tök sür. 100 kilometrə 8-9 litr işlədir. BMW üçün çox ekanomdur. Biz ilini təzələmək istədiyimiz üçün satırıq. Allah hər kəsə ürəyincəsini nəsib etsin
Mator karobka, perdok, rulevoy əla vəziyyətdə. Videoregistrator, 4 ədəd təzə təkər. X5 rul, 90 kuzanın yan güzgüləri, peç, kondisioner işləyir (qazını təzə vurdurmuşuq buz kimi edir), mator yağına kimi təzədir, vaxtı-vaxtında dəyişdirilib. Maşına yaxşı baxılıb. Udarsız, təmiz maşındır.
Maşının oturacaqları kimyəvi təmizləmədə yuyulub, sonra çexol keçirmişik çirk olmasın. Salon tərtəmizdir, şəkildən də görünür.
Kənarında kosmetika işi var, parkinq edəndə olub. Şəkildə var baxa bilərsiniz.
Maşına baxmaq istəyən ustası ilə gəlsin. İş adamıyam deyə ustaya aparmaq üçün yollarda qala bilmirəm.