Salam !
Maşın SAZZZ vəziyyətdədir, heç bir problemi yoxdur. Motor, most, karopka yaxşı vəziyyətdədir, vuruq və udarı qətiyyən yoxdur. Maşın kifayət qədər ekonomdur, çöl kosmetikası yaxşıdır, salon səliqəlidir. BEZKRASKADIR. Bu modeldən anlayışı olanlar bilər bu maşının necə maşın olduğunu.
Kompressordur, 111 motordur (ən dözümlü motor hesab olunur).
● Təkərlərin 4-ü də demək olar YENİDİR. Bu ilin may ayında almışam.
● Akumulyator TƏZƏDİR. 2 həftə olar almışam, 6 aylıq qarantiyası da üzərindədir.
● TƏZƏLİKCƏ (13.11.2023-cü ildə) texniki baxışdan keçirilib.
● Sığortasına hələ 6 aya yaxın vaxt var.
● Android monitor quraşdırılıb.
● Keyfiyyətli yanacaq tökülüb (92 və 95)
● Səliqəli şəkildə ev-iş-ev marşrutu üzrə sürülüb. Çapılmış maşınlar ilə müqayisə etməyin !!!
● Lyuku təmir edilməlidir.
Mașın öz adımadır. 6 ildir idarə edirəm, alverçi deyiləm. Maşın heç vaxt problem yaratmayıb və yolda qoymayıb. Pula ehtiyac olduğu üçün satıram. Ancaq real alicilar zeng eləsin qiymət maşının yanında danışılacaq. Telefonda qiymətlə bağlı narahat etməyin.
Avtomobilə Biləcəridə, Greenville Residence (Rahat Marketin yanındakı) yaşayış kompleksinin yanında baxa bilərsiniz.