Hyundai Elantra Limited 2016-ci il, ən full opsiyadır, 63 min mil original probeq. Bakıda demək olar ki bu opsiyada olan Elantralar çox azdır.
2.0 mator sadə mühərrik, sadə karobka.
Yeni gəlib, probeq originaldır, Carfax təmizdir. Vin kodda görünən qəzasından başqa qəzası olmayıb. Airbag açılmayıb, udar görməmiş maşındır. Texniki qulluqları vaxtı-vaxtında görülmüşdür.
- Climat control;
- Ön və arxa oturacaqların qızdırılması;
- Sürücü oturacağının yaddaşlı elektron tənzimlənməsi;
- Start-stop, Lyuk, açarsız daxil olma;
- 7 dyümlük monitor, bluetooth, android auto və car play dəstəyi;
- Infinity premium səs sistemi;
- Adaptiv ön işıqlar və Led arxa stoplar;
Kor Nöqtə Toqquşma Xəbərdarlığı (Blind spot monitoring system)- sürücünün kor nöqtəsində başqa bir avtomobilin görünməsi və toqquşma riski olması halında sürücüyə xəbərdarlıq edir.
Zolaqda saxlama dəstəyi (Lane Keeping Assist System) - diqqətinizin yayındığı və yoldan çıxmağa başladığınız zaman zolağınızda qalmağınıza kömək edir. Bu ağıllı sistem qabaq şüşədəki yüksək texnologiyalı sensordan istifadə edərək qarşıdakı yolu skan edir, avtomobilin həm sol, həm də sağındakı zolaq xətlərini daim izləyir.
Məsafə saxlama və Avtomatik əyləcləmə sistemi (Automatic Emergency Braking) - mümkün toqquşma riskində və toqquşmadan əvvəl avtomobili yavaşlatmaq və ya toqquşmadan qaçmaq və onu dayandırmaq üçün əyləcləri avtonom şəkildə işə salmaqla cavab verən təhlükəsizlik sistemidir.