Yük yeri 2.80 metr, 1700 kq qanuni yükgötürmə. Motor 2.4 arxaçəkən.
Maşın 2 ilə yaxındı məndədi. Kraska işlərini gördürməyə vaxt olmasa da, xadovoyuna vaxtlı vaxtında qulluq eləmişəm. Motor, Turbo, Korobka, Most, Peredok ideal vəziyyətdədi. Akkumlyator təzədi. Altında çürüyü yoxdu. Maşının yalnız üzündə dəmirçi malyar işləri var. Çox ruzili, bərəkətli maşındı. İnşallah ki bir zəhmətkeş qardaşa da qismət olar, Allah ruzisini verər. Mən özümə yeni model gətizdirdim deyə bunu satıram.
Texpasport tanış adamın adınadı, o şəxsin özündən daxili Kredit də mümkündü. İlkin ödənişi, aylığı telefonda danışarıq. Maşına Saray qəsəbəsində baxa bilərsiz. Son qiyməti də alan adamla maşının yanında danışarıq inşallah.