Avtomobil tam ideal vəziyyətdədir, yürüşü original, VİN üzrə zədəsi minimaldır.
Avtomobilin buferləri istisna heç bir yerinə rəng dəyməyib. Avtomobilin zavod kitabçası üzərində verilir.
Böyük monitor, CarPlay, multi-sükan, start-stop sistemi, arxa kamera, zolaq tanıma və zolaq tutma funksiyaları, kör nöqtə göstəricisi, elektron surətlər göstəricisi, auto-hold, coystik tipli surətlər ötürücüsü başlıqı, surətlərin mexaniki keçirilməsi üçün sükanda tiptronik surət ləçəkləri, ön led faralar, təkərlərin elektron hava göstəriciləri, sport-rejim və eko-rejim, oturacaqların avtomatik idarə edilməsi sistemi mövcuddur.
100 km məsafəyə magistral yolda 6-7 lt., şəhər içi 9-10 lt. benzin sərf edir, 92 və 95 benzinlə istifadə edilib, 92 benzinlə tam rahat işləyə bilir.
Yeni avtomobil alındığı səbəbindən satılır, bu səbəbdən də qiymət tam uyğun göstərilmişdir, ciddi endirim edilməsi nəzərdə tutulmamışdır. Avtomobil nömrəsiz təhvil veriləcəkdir. Qeyri-ciddi şəxslər və avtomobil alğı-satqısı ilə məşğul olan şəxslərdən narahat etməmələri xahiş olunur.