Avtomobilə çox ciddi qulluq olunub. Şəxsi avtomobilimdir, öz adıma. Rəngi tünd yaşıldır. Çalışdığım şirkət yağ və yanacaq pulu verdiyindən, yağı 4-5 mindən bir Hundai servisdə bahalı Liqui Moly yağı ilə və yanacağı Azpetroldan 95(Premium) benzinlə sürülüb(maşının nömrəsi də olan benzin çekləri görə bilərsiniz). Şəhərdə bu maşına heçkim 95 tökmür. 92 ilə də rahat sürülür. Yalnız qaraj şəraitində saxlanılıb. Əksərən işə-evə sürülüb. Probeq orijinaldır, km ilə. Amerikadan sürücü tərəf qapıların yüngül zədəsi ilə gəlib. Karobka açılıb yoxlanıb və içinə yeni yağ tökülüb. Mator yağı yeni dəyişilib, təkərlər hələ 25-30 min km gedəcək, Koreyanın Nexen təkərləridi. Mator sepi orijinalla yenilənib, kitabça yenilənib. Kor zona, qabaq oturacaqların isidilməsi, arxa jaluzlər, hündürə qalxdıqda bərkimə, arxa kamera, sport/ekonom rejim, kruiz kontrol, arxa oturacaqların qatlanması, EVO ayaqaltılar, açarsız daxiolma, orijinal Mi arxa-qabaq reqistrator. Arxa şüşələri zavod tünddür, plonka deyl. Qabaq iki çəkəndir(4 çəkən Santafelərdəki kimi çanaq probleminiz olmayacaq). Kondisioner salonu buz kimi edir. Turbosu əla vəziyyətdə. Motorda, karobkada, xadavoyda cuzi belə problem yoxdu. Maşını yeni alanda xadavoy və rasxodniklərinə min beş yüz manatadək xərc qoyulub. İstədiyiniz yerdə yoxlada bilərsiz. Maşına baxdıqda qiyməti razılaşdırıla bilər.