Avtomobili 2010 dekabr ayında Hyundai Otoplaza Bakı mərkəzindən almışıq, alınan gündən indiyənə kimi heç bir vuruğu olmayıb, üstündə olan bütün şüşələr, faralar zavoddan üstündə gələn hissələrdir. Ən "full" versiyadır, sükan arxasında olan yarpaqlardan (lipistok) tutmuş, arxa oturacaq qızdırıcılarına kimi var. Motor və sürətlər qutusu qəti şəkildə nə açılıb, nə də
təmir olunub. Zəmanətdən sonra, yalnız Motul 5-40 yağı tökülüb, 1 qram da yağ yeməyi yoxdur. Maşının gedişi nə yazılıbsa odur, ara sıra rəsmi servisdə texniki baxışdan keçdiyi üçün, orada gediş kilometrajı qeydiyyatda vardır. İstənilən servisdə həmçinin rəsmi servisdə yoxlada bilərik. Bəzi kosmetik işləri görülməlidir (istəyə uyğun olaraq), başqa nə işi çıxsa, qiymətindən çıxacam. İki açarı var. Nömrə üstündə verilməyəcək. Alverçi deyiləm öz maşınımdır, ilk sahibiyəm.