Hərkəsə salam. Maşın öz adımadır. Şəxsi iş-ev sürülən maşındır. Taksidə sürməmişəm.2ildir məndədir. 2022-ci ildə qadağadan qabaq Bakıya gəlib. Sep dəsti ‘’İnna’’ firmasıyla dəyişilib. Çaşka, feredo, maxavik original ‘’Lyuk’’ firması ilə dəyişilib. Apornular yeni qoyulub. Turbosu yaxşı vəziyyətdədir. Karopkası səs etmir. Antifriz təzə dəyişmişəm antifrizlə sürülüb.Yağ azaltmır. Alındığı gündən Avtoklub-da hər 5 min km dən bir ‘’Total’’ 5/30 yağı tökülüb. Servis kitabçasında var. Hər yağ dəyişmədə dizel filteri orginalı ilə əvəz olunub. Təkərləri təzədir. Salonu səliqəlidir. Faralar bi-led yığılıb. Tam qanunidir. Kondisioneri işlək vəziyyətdədir. Ehtiyat açarı var. Maşın 90 faiz bezkraskadır. Vuruq, udar, pas, çürüyü yoxdur. Maşınım haqqında ətraflı yazmışam. Maşına indiyə qədər bir usta baxıb. Dizel maşına necə qulluq edib sürmək lazımdırsa o cür sürmüşəm. Kiminsə də nə sualı varsa yığıb soruşa bilər. Xahiş edirəm alverçilər, qiymət öldürmək üçün zəng vuranlar zəng etməsin. Real alıcıya lazımi qədər endirim edəcəm. Maşınıma cavabdehəm.