Avtomobil Almaniyanın Hannover şəhərində yerləşən Mercedes-Benz-in rəsmi filialından alınıb, Azərbaycana yeni gətirilib və 21/01/2025 tarixində gömrük olunub. Son texniki baxımı Almaniyada tamamlanıb. Azərbaycanda Mercedes-Benz-in zəmanətinə salına bilər.
Avtomobil digər avtomobillərdən bir çox özəl funksiyaları ilə fərqlənir. Xüsusiyyətləri arasında panoramik tavan, düymə ilə açılıb-bağlanan baqaj, 19-luq AMG diskləri, ölü zona nəzarəti, park sensoru və Distronic sistemi yer alır. Bundan əlavə, avtomobil bir çox əlavə üstünlüklərə malikdir.
Avtomobilin heç bir detalında (buferlər daxil olmaqla) sonradan boyanma yoxdur. Salonu və xarici görünüşü çox təmizdir. Yalnız bir sahibi olub. Yeni avtomobildən heç bir fərqi yoxdur.