Salam.Avtomobili 5 ay bundan qabaq şəxsi istifadəm üçün Koreyadan gətizdirmişəm.Avtomobil,necə deyərlər Bezkraskadır(Rəng dəyməyib)(buferlər daxil).Rəngi ağ mirvaridir.Ən əsası burada göstərilən probeqi(yürüşü) tam olaraq orijinaldır.Sadə mühərrik və sadə karobkadır(sürətlər qutusu).Arxa stoplar orijinal Led+Dioddur.Təkərlər yeni kimi+zapaska(KUMHO).Böyük Monitor,qatlanan güzgülər,sükanın və oturacaqların qızdırılması,arxa park radarlar və s.
Necə deyərlər dosta tanışa qismət olası maşındır.Salonu çox səliqəlidir(qırışdan,cırıqdan və sökükdən söhbət belə gedə bilməz).Avtomobilin heç bir xərci yoxdur.Özünə problemsiz maşın axtaranlar,avtomobilə 28 Mallın yanında baxış keçirə bilərlər.