Toyota Corolla LE 1.8 (2016 Model) — Satılır
Avtomobil 2015-ci ilin dekabrında istehsal olunub, lakin rəsmi olaraq 2016 modeldir. Mühərriki 1.8 litr, 136 at gücündə benzin mühərrikidir. Ümumi yürüşü 77,300 km-dir. Sürətlər qutusu avtomat, ötürücü ön təkərlərədir. Ban növü sedan, rəngi isə zavoddan orijinal “Yaş Asfalt” (Slate Metallic) rəngindədir.
Avtomobilin tam VIN kodu: 2T1BURHE7GC533366.
Avtomobil rəsmi Toyota zavodunda, Kanadanın Ontario əyalətindəki Cambridge şəhərində istehsal olunub (Toyota Motor Manufacturing Canada Inc.).
Yalnız rəsmi Toyota Bakı Mərkəzində servis olunub və buna dair sənəd mövcuddur. Son servis 28 Mart 2025 tarixində edilmişdir və mühərrik yağı, yağ filtri, karter şaybası dəyişdirilib, orijinal Toyota hissələri ilə təmir olunub. Hazırda avtomobilin yağı və təkərləri yenidir. Heç bir texniki nasazlıq və ciddi xərc tələb edən problem yoxdur. Salon və kuzov ümumilikdə çox səliqəlidir, amma kuzovda cüzi kosmetik cızıqlar mövcuddur. Kondisioner, təhlükəsizlik yastıqları, ABS, ESP və digər bütün təhlükəsizlik sistemləri tam işlək vəziyyətdədir.
Bu model sizə servisin yolunu unutduracaq, sadəcə oturub sürməyə davam edin. İstənilən servis və ya ekspert tərəfindən yoxlanıla bilər.