Salam. Əla vəziyyətdədir, istədiyiniz ustanızda yoxlatdıra bilərsiniz, əgər hər hansı xərci çıxarsa, tam qarşılamağa hazıram. Texpasport öz adımadır, 3 ildir məndədir, əla baxılıb, yaxşı pul qoyulub. Yaponka - original sol rul, perekidka deyil !
Yaddaşlı və qırılan ön oturacaqlar. Təmiz, bahalı dəri salon və sükan. Bahalı monitor, lupalı led faralar, diod stoplar. Yağ və su axan yeri qəti yoxdur. Motor, karobka, most, xodovoy, salon, ön podpress və bütün digər şüşələri - ideal vəziyyətdədir. Şitində, rulunda, oturacaqlarında, obivkalarında cırıq-sökük yoxdur. Kondisioner və peç əla işləyir. M-52 qoşa vanus matordur, məlumatı olanlar bilirlər ki, ən keyfiyyətli və dözümlü, eyni zamanda qənaətcil mühərrikdir. Trasda 7 litr, şəhərdə tıxaclarla 10-11 litr, tiptroniklə 9 litr Ai-92 yandırır. Eyni zamanda çox cəld və rıvoklu maşındır. Diskləri orijinal almanın alüminium lehimli, sınmayan, çatlamayan, əyiləndə düzələn yüngül diskləridir.Təkərləri əla vəziyyətdə Mişelindir. Sərt döngədə avtomatik olaraq sürəti azaldır və sükanı bərkidir, eniş və yoxuşda isə avtomatik tormozda saxlayır, axmağa qoymur (autohold). Zavod apteçkası və zavod orijinal katalizatoruna qədər üstündədir, yanğınsöndürəni və üçbucağı var. Yeni 100Ah akkumulyator qoyulub, Texosmotr və sığorta yeni olunub. Mator-kuza nömrəsi texpasportla düzdür, birbaşa DYP-də pereoformıt etmək olar. Ön kapot və bufer rənglənib, amma bakavinlər, stoykalar, podnojkalar, ban, bütöv arxa hissə zavoddur. Avtomobil qətiyyən udar görməyib, aşmayıb, qapı-krılo-stoykaların kantları xətkeş kimidir.
Reaı alıcıya avtomobilin yanında endirim olunacaq. Avtomobil həftə içi Nərimanovda, axşam və həftə sonları isə Hövsanda olur. Təkliflərinizi 24 saat aktiv olan what's app vasitəsilə göndərə bilərsiniz.