Maşın tam bir ailə maşınıdır – içi çox geniş və rahatdır.
Şəhər içi yanacaq sərfiyyatı 5-6 litr, trasda isə 4-5 litr civarındadır – çox ekonomikdir.
Renault K9K dizel motoru ilə təchiz olunub – bu motorun dözümlülüyünü və uzunömürlü olmasını bilən bilir. Motor və karopka ideal vəziyyətdədir.
Qısacası, həm ekonom, həm də rahat ailə maşını axtaranlar üçün ideal seçim ola bilər.
Maşın 2-3 il əvvəl Almaniyadan gətirilib.
O vaxta qədər bütün texniki baxışlar və təmir işləri rəsmi Nissan servisində olunub.
Zavod və servis kitabçaları maşınla birlikdədir, keçmiş texniki xidmətlər (yağ dəyişimi, baxış və s.) bu kitabçalarda qeyd olunub.
Avadanlıq:
✅ Yağış sensoru
✅ İşıq sensoru və avtomatik faralar
✅ Faraların hündürlük tənzimlənməsi
✅ Mərkəzi qapanma sistemi və pultla idarə
✅ Yan güzgülərin elektrik tənzimlənməsi
Yağı yeni dəyişilib.
Sənədləri tam qaydasındadır. Gündəlik ev–iş istifadə olunan, problemsiz, hazır minib sürüləcək bir maşındır.