Maşın ideal otur sür vəziyyətdədir. Şəhər içi 4 litr, trasda 5 litr dizel istifadə edir. Almaniyadan gətirilib, rol zavod sol tərəfindədir. Bir çox zapçastı yenisi ilə əvəz olunub. Vaxtı-vaxtında bütün qulluqları edilib. Kosmetika cəhətdən ideal göz oxşayan rəngi var. Sadəcə qabaq buferdə sürtmələr var oda normaldır. Vuruq udarı olmayıb. Salon göründüyü kimi tam səliqəli temiz. Içi həddən çox genişdir. Tək-tük maşında bu qədər diz məsafəsi var. Maşında mövcud olan bütün funksiyalar işləyir. Qaranlıqda avtomatik yanan işıqlar, yağış yağdıqda avtomatik şüşə silmək, pultla idarə, multi rul ve s. Her biri işləkdir. Üstündə 3000 manatlıq super nömrə hədiyyə ediləcək. Bir sözlə, cib dostu və ailə maşını axtaranların tek seçimi ola bilər. Barter əsasən bmw, e36, e39 modelləri ilə nəzərdə tutulub ama başqa təkliflərdə maraqlıdır. Real alıcı olarsa maşının yanında qiymətdə endirim ediləcək