Cox xaiş elani sona kimi oxuyun.
Maşın satılır – Honda Civic 2011, 1.5 Hibrid mühərrik
Maşın ümumi olaraq yaxşı vəziyyətdədir, lakin bəzi kosmetik və texniki işlərə ehtiyac var – bunları da dürüst şəkildə sizinlə bölüşürəm:
1. Kosmetik işlər – ön və arxa buferlərdə cüzi işlər lazımdır. Damda isə balaca bir yanıqlıq var.
2. Peredok işləri – vaxta görə əl gəzdirmək lazımdır, amma maddi səbəbdən və satmaq niyyəti ilə buna girməmişəm.
3. Ön sağ oturacaqda tərəzi pozulması – bu da ekranda hava yastığı işığını yandırır. Yastıq açılmayıb, kompüterə qoşanda dəqiq görünəcək.
Qeyd edim ki, bu işlərə təxmini 1500-2000 AZN xərc tələb olunur. Maşını buna uyğun real qiymətə qoymuşam. Bu vəziyyətdə belə bazarda əla vəziyyətdə olan oxşar modellər 15,000+ AZN civarındadır.
İstesem bu xərcləri gizletmek üçün 500-600 xerc cekib“ideal” adı ilə sata bilərəm, amma vicdanla yanaşıram.
Real alıcı ilə yerində qiymət söhbəti və şirinlik olacaq.
Allah alana da, satana da xeyir versin!