Ölkədə ilk sahibiyəm. 2 il əvvəl koreyadan 149.000 km yürüş ilə sifariş etmişdim. Yürüş servisdə yoxlanılıb orijinaldır. Avtomobilin ideallığı göz önündədir. Orta komplektasiyadır. Dəri salon (əlavə üzərinə keyfiyyətli üzlük çəkdirmişəm), oturacaqların isidilməsi, soyudulması, cruis control (avtopilot), yağış sensoru, işıq sensoru, keyfiyyətli android monitor, video registrator, torpeda üçün qoruyucu (şəkli çəkəndə götürmüşəm) və s. Motora Liqui Moly yağı tökülür. Bir sözlə maşında nöqsan yoxdur. Özünə ekonom, dözümlü, əldən ələ keçməyən ideal ailə avtomobili almaq istəyən üçün yaxşı seçimdir.