Avtomobili şəxsi istifadəm üçün sifarişlə Azərbaycana gətirmişəm. 1 ildir ki, avtomobil istifadədədir və 40.000 km yol gəlib. Hyundai servisdə qulluq olunur, servis tarixçəsi mövcuddur. Hər zaman Aİ-98 benzini ilə sürülüb.
Təkərlər yeni dəyişdirilib — Kumho markası, 8.000 km sürülüb.
Hər 5.000 km-də mühərrik yağı və filtr dəyişdirilib, karobkanın yağı dəyişdirilib, şamlar (sveçalar) dəyişdirilib, benzin filtri dəyişdirilib, tormoz nakladkaları dəyişdirilib, qabaq nakaneçniklər (fren kaliperləri) yenilənib. Maşın hazırda əlavə xərc tələb etmir. Bir necə il ustaya getmədən Rahat sürülə bilənəcək komfortlu avtomobildir. Saat 6 kimi avtomobilə qış parkının yanında 6 dan sonra isə Qara Qarayev də baxmaq olar. Real alıçıya endirim olunacaqdır. (Satma səbəbim işimlə bağlı olaraq Xaricə getdirəm)
Hyundai Grandeur 2020, Exclusive model
2.5 GDI Smartstream motor, 200 at gücü, ön çəkən
48.000 km, full versiya, 360° kamera.
Avtomatik tormozlama – qarşıdan və arxadan maneə zamanı.
Qapılar açılanda maneə barədə xəbərdarlıq.
Avtomatik stabilizasiya – qəza manevri zamanı.
Park nəzarəti.
Dönmə manevri zamanı xəbərdarlıq, tam asist.
Kor zona nəzarəti.
Zolaq dəyişmədə tam asist.
Sükandan əl buraxdıqda avtomatik asist.
Smart kruiz-kontrol.
Apple və Android CarPlay, Bluetooth qoşulması.
Salonda havanın avtomatik təmizlənməsi və sirkulyasiyası.
İki zonalı klimat-kontrol.
Oturacaqların yaddaş funksiyası.
Ön oturacaqda avtomatik masaj sistemi.
Ön oturacaqların soyudulması və qızdırılması.
Arxa oturacaqların qızdırılması.
4 sürüş rejimi seçimi (Smart, Eco, Comfort, Sport).
Salonda ambiyans işıqlanması və s.