Maşın ideal vəziyyətdədir. Qəza keçmişi yoxdur, boya dəyməyib. Daim rəsmi servisdə qulluq olunub, bütün servis tarixçəsi mövcuddur. Probeq tam orijinaldır. 2018-ci il istehsalı olsa da, 2019-cu ildə rəsmi BMW servisindən alınıb. Avtomobil xüsusi sifarişlə ölkəyə gətirilib.
Barter olunmur.
Təchizatı:
• Rəngi: Long Beach Blue metallik
• Salon: Merino Mugello Red dəri salon
• BMW Individual High Gloss Shadow Line xrom İşləmələr
• Salon tavanı Alkantara ilə işlənmişdir
• 21” M Double-spoke 612 yüngül lehimli disklər
• Double-VANOS, DSC, ABS, DTC, MDM sistemləri
• 8 pilləli avtomatik Steptronic M sürət qutusu
• “M” tipli çox funksiyalı dəri sükan
• M Drive sistemi
• Adaptive Drive sistemi
• Ön və arxa təhlükəsizlik yastıqları
• Arxa asma üçün hündürlüyü özütənzimləyən sistem
• Siqnalizasiya sistemi
• Ehtiyat təkər
• Avtomatik açılan baqaj qapağı
• Comfort Access – rahat daxilolma sistemi
• Qapıların yumşaq örtülmə funksiyası
• Arxa kamera
• Elektriklə idarə olunan panoram şüşə lyuk
• Yan mexaniki pərdələr
• Velür döşəmə örtükləri
• Təhlükəsizlik üçbucağı və aptek komplekti
• Siqaret çəkənlər üçün dəst
• Ön oturacaqların qızdırıcıları