Əvvəla Allahın salamı olsun hər kəsə. Avtomobil 03.07.2012-ci ildə 131000 km yürüşlə sifarişlə Almaniyadan gəlib və həmən tarixdən istifadəmizdədir. Azərbaycanda cəmi 151000 yol qət edib, hal-hazırda üstündə olan yürüş orjinaldı! Maşının heç vaxt qəzası olmayıb, (Şükür Allaha) 1-2 detal xaric, maşına heç boya dəyməyib, ehtiyyac da yoxdur. Daimi qapalı şəraitdə saxlanılıb. Xahiş olunur, digər çürük, qəzalı, C-klass’lar ilə səhv salmayasınız. Bütün funksiyaları işlət vəziyyətdədir.
Qeyd: Maşını aparırıq sizin ustaya, nə xərci olsa mən tərəfdən artıqlaması ilə qarşılanacaq. Yaxın zamanda diaqnostika etdirmişəm, heç bir şey çıxmayıb. Bir sözlə, avtomobil çox əla vəziyyətdədir. Endirim maşının yanında müzakirə oluna bilər! Ətraflı məlumat üçün zəng edə və ya votsap vasitəsi ilə əlaqə yarada bilərsiniz. Allah alana da, satana da xeyir versin. Amin!