Avropa bazarı üçün yığılmış, Belçikadan gətirilmiş bu Mercedes Sprinter 316 həm texniki, həm də vizual baxımdan ideal vəziyyətdədir. Avtomobil heç bir sifarişə sürülməyib- gəldiyi gündən 1-2 dəfə şəxsi istifadədə olub və vaxtında qulluq edilib.
Yalnız 321.600 km orijinal yürüş, tam servis baxışları və 651 seriyalı güclü və qənaətcil dizel mühərrik ilə bu Sprinter, uzun yollar üçün ideal seçimdir. 18 nəfərlik oturacaq sayı, geniş salon və rahat interyer həm sərnişin, həm də arxa yük bolümundə yüklərin daşınması üçün geniş imkanlar təqdim edir.
Salon tam dəri ilə işlənib, ventilyasiya və oturacaq isidiciləri, sürücü oturacağının çəkiyə uyğun tənzimlənməsi,avtopilot,kondisioner, arxa görüntü kamerası, yağış sensoru, ABS, mərkəzi qapanma, YILKAR brendinin güclü kondisioneri,səs gücləndirici kimi funksiyalarla təchiz olunub - yəni sürücünün rahatlığı maksimum dərəcədə nəzərə alınıb.
Vuruğu yoxdur, rənglənməyib - orijinal və səliqəli görünüşü ilə ilk baxışdan fərqlənir.
Əlavə xərc tələb etmir, otur sür!
Sürətli, etibarlı və komfortlu mikroavtobus axtarırsınızsa - bu Mercedes Sprinter sizin üçün tam uyğundur.