Maşın şəxsi istifadədə olub – alverçi deyiləm! 5 ildir məndədir, bir dəfə də evakuator üzü görməyib!
Maşın tam baxımlı vəziyyətdədir. Heç bir xərc tələb etmir, otur sür. Özüm üçün saxlamışam deyə nə lazımdırsa vaxtında dəyişmişəm.
Ön asqı sistemi təzə yığılıb – ön və arxa amortizatorlar, iç və çöl qranatlar, nakaneçniklər, stabilizator rezinləri, şaravoylar, butulkalar hamısı yenilənib.
Vanus və sep natrijitel də yenisi ilə əvəz olunub.
Təkərləri yeni qoymuşam – Tatko firmasınındır, heç 100 km sürülməyib.
FSI motor – bilən bilir, bu motorlar dözümlüdür. Yağ azaltması yoxdur! Avropa bazarı üçün yığılıb. El dilində desək “nemkadır”. Bilənlər bilir ki, bu parametrdə passat tapmaq çətindir.
Ətraflı məlumat üçün zəng edə və ya yazışa bilərsiniz.
Real alıcıya ciddi endirim olunacaq.