Mercedes-Benz C220 CDI W204, 2007-ci il buraxılışı, qara metallik rəngdə, dizel mühərrikli və avtomat sürətlər qutusu ilə təchiz olunmuşdur. Avtomobil həm texniki, həm də kosmetik baxımdan yaxşı vəziyyətdədir, heç bir xərc tələb etmir. 2.2 litr turbo dizel mühərrik. Mühərrik və karobka problemsizdir, zamanında qulluq olunub, yağ və filtrlər yeni dəyişdirilib. Salon səliqəli və təmizdir, parça ilə işlənib, ikizonalı klimat-kontrol sistemi, multifunksiyalı sükan, elektrik güzgülər və şüşəqaldıranlar mövcuddur. Bütün sənədləri qaydasındadır, texniki baxışdan keçib. Öz şəxsi avtomobilimdir, çox səliqəli istifadə olunub. Real alıcı ilə razılaşmaq mümkündür. Avtomobilə baxış Bakı şəhərində İnşaatçlar metrosunun yaxınlığında həftə içi saat 19:00 - 22:00 aralığında mümkündür. Əlavə məlumat üçün zəng edə və ya WhatsApp ilə yaza bilərsiniz.